Komandamız Dünya kubokunda 18-ci yeri tutub
22 may 2025 786
Atıcılıq üzrə gənclər arasında Dünya kuboku davam edir.
Almaniyanın Sul şəhərində keçirilən yarışda qarışıq komandaların tapança ilə 10 m məsafədən atəş açma yarışı başlayıb.
Təsnifat mərhələsində 44 yığma hədəf önünə keçib. Leyli Əliyeva və Vladislav Kalmıkovdan ibarət Azərbaycan millisi 562 xal toplayıb. Bunun 287-si Vladislavın, 275-i Leylinin hesabındadır. Komandamız bu nəticə ilə 18-ci yeri tutub.
Qeyd edək ki, eyni növdə fərdi yarışlarda Kalmıkov final mərhələsində 8-ci, Əliyeva təsnifatda 26-cı olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı