Kubalı güləşçidən Paris-2024-də tarixi nəticə
06 avqust 2024 1079
Paris-2024 Yay Olimpiya Oyunları maraqlı anlar və rekord nəticələr ilə davam edir.
Bu dəfəki Oyunlarda da azarkeşlər tarixi nəticələrə şahidlik edirlər.
Belə nəticələrdən biri də yunan-Roma güləşi üzrə yarışların ikinci günündə qeydə alındı. Belə ki, kubalı yunan-Roma güləşçisi Mixain Lopes (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqla beşqat Olimpiya çempionu tituluna sahib çıxıb. 41 yaşlı güləşçi ardıcıl beşinci dəfə (Pekin-2008, London 2012, Rio-2016, Tokio-2020, Paris-2024) iştirak etdiyi olimpiadanın qalibi olmaqla tarixi nəticəyə imza atdı. Kubalı idmançıya qədər bu uğuru heç bir güləşçi təkrarlaya bilməyib.
Hazırda M.Lopesdən sonra ən titullu "klassik" güləşçi rusiyalı Aleksandr Karelindir. Karelinin aktivində olimpiadalarda 3 qızıl və 1 gümüş medal var.
Mixain Lopes beşqat Olimpiya və beşqat dünya çempionu olmaqla yanaşı, həmçinin 5 dəfə Panamerika Oyunlarının qalibi olub.
Xatırladaq ki, titullu güləşçi yarımfinalda Azərbaycan təmsilçisi Sabah Şəriətiyə qalib gələrək finala vəsiqə qazanmışdı.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı