Xəbərlər

“Kürü keçək” adlı açıq suda üzmə yarışı keçiriləcək

27 avqust 2023 343

Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək.

Sentyabrın 2-də Kür çayının iki sahili arasında təşkil ediləcək “Kürü keçək” adlı yarışda ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı ötən il əvvəlcə dənizdə (“Xəzər dalğası”), ardınca isə Kür çayında (“Kürü keçək”) təşkil edilmişdi. Kür çayının Mingəçevirdən keçən hissəsində ikinci dəfə keçiriləcək yarış peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə təşkil ediləcək.