Xəbərlər

Lamiyə Vəliyeva dünya çempionatının qızıl medalını qazandı!

10 iyul 2023 441

Daha bir idmançımız Paris 2024 Yay Paralimpiya Oyunlarına  lisenziya qazandı.
Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında 100 m qaçışda 11.99 nəticə göstərərək dünya çempionatının qızıl medalını qazandı və beləliklə də Yay Paralimpiya Oyunlarına lisenziya qazandı.
İdmançımızı təbrik edirik.
Qeyd edək ki, dünən nüvə itələmə növündə milli komandanın üzvü Oloxan Musayev Yay Paralimpiya Oyunlarına lisenziya əldə etmişdir və artıq 2 idmançımız Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.