Landau Şahmat Festivalının qalibləri mükafatlandırıldı
03 iyul 2022 3391
"LANDAU School"un və "Nine Senses" İncəsənət Mərkəzinin Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə dəstəyi ilə keçirdiyi LANDAU Şahmat Festivalında qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Landau Şahmat Festivalının gözəl ənənənin əsasını qoyduğunu bildirib. Qalibləri təbrik edən Mahir Məmmədov turnirdə iştirak edən uşaqlara gələcək şahmat yarışlarında uğurlar arzulayıb.
Nəticələr açıqlandıqdan sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, "LANDAU School"un təsisçisi Emil Leznik, "LANDAU School"un baş icraçı direktoru Timur Leznik, AŞF-nin 1-ci Vitse-prezidenti Faiq Həsənov, AŞF-nin məsul şəxsi Elçin Məmmədov, "Nine Senses"in rəhbəri Şeyda Allahverdiyeva və Maxi.az şirkətinin rəsmisi Kamran Əliyev qaliblərə medal, diplom və qiymətli hədiyyələri təqdim edib.
Nurgül Qənbərli, Tunar Qarayev (8 yaşadək qızlar və oğlanlar), Nuray Kazımzadə, Əhməd Hüseynov (10 yaşadək qızlar və oğlanlar), Səadət Bəşirli, Teymur Soltanov (12 yaşadək qızlar və oğlanlar), Ayşə Əliyeva, Mirfərid Salahzadə (14 yaşadək qızlar və oğlanlar) yarışın qalibi adını qazanıb.
Müxtəlif yaş qruplarında Xədicə Babazadə, Müslim Şirəliyev, Məryəm Baxışova, İbrahim Səmədov, Məryəm Ağaverdiyeva, Murad Rzayev, Banu Əliyeva, Raul Abdullayev ikinci yeri tutub.
Səbirə Muradlı, Məhəmməd Kazımzadə, Leyla Hümbətli, Ömər Qarayev, Ayan Hüseynli, Nurlan Kobzev, Rüqəyya Zeynalova və Vahid Bəşirli bürünc medala layiq görülüb.
LANDAU Şahmat Festivalının sonunda bütün iştirakçılara xatirə hədiyyələri verilib.
Bənzər xəbərlər
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum ... Ətraflı
Azərbaycan İdman Veteranlarının İctimai Birliyi 2025-ci ilin yekun tədbirini keçirib
Dekabrın 24-də Azərbaycan İdman Akademiyasının (AİA) akt zalında Azərbaycan İdman ... Ətraflı
.jpeg)
