Olimpiya çempionunun İtaliyada bəxti gətirmədi
11 fevral 2026 - 15:55 386
Pxençxan-2018-ci il Qış Olimpiya Oyunlarında sprint üzrə komanda yarışlarının çempionu, ikiqat dünya çempionu və dünya kubokunun qalibi amerikalı xizəkçi Cessika Diqqins İtaliyada yarış zamanı yıxılıb.
İlkin müayinədən sonra onda qabırğa sınıqları aşkar olunub.
"Özümü o qədər gərgin hiss etmişəm ki, qabırğamdakı sınıqlar mənə sonradan məlum olub. Yıxılanda ağrı yox idi. Lakin bir neçə saatdan sonra ağrılar sərtləşdi. İkiqat dayaqla hərəkət etmək çox çətindir. İnanıram ki, zaman keçdikcə hər şey yaxşı olacaq", - deyə Nettavisen portalı Diqqinsdən sitat gətirib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı