Lando Norris: Oskar özü üçün mübarizə aparır
12 sentyabr 2024 1148
Bakıda “McLaren” komandasının rəhbəri Andrea Stella bildirib ki, Oskar Piastri lazım gələrsə, çempionluq uğrunda mübarizə aparan Lando Norrisə kömək etməyə hazırdır.
Bu yanaşmanı şərh edən Norris rəhbərliyə təşəkkürünü bildirsə də, titulu özü qazanmaq istədiyini bildirib.
“Şadam ki, “papaya qaydaları” indi aydınlaşdırılıb. Lakin Oskar öz mübarizəsini aparır, öz məsələlərini həll edir. Əgər o, məndən daha yaxşı çıxış edirsə, qabaqlayır və yarışda qalib gəlirsə, deməli, o, işində daha uğurlu olub”, - deyə Lando Norris bildirib.
“Lazım olsa, Oskardan kömək alacam, amma o, özü üçün mübarizə aparmaq, hər sessiyada ən yaxşı nəticə əldə etmək üçün trasa çıxır. Bu kömək liderliklə deyil, daha aşağı mövqelərlə bağlı ola bilər - yarışa liderlik edərkən məni buraxmağa icazə verəcəyini gözləməyəcəyəm. Bu, onun üçün mənfi təcrübə olardı.
Mən yarışmaq üçün burdayam və əgər pilot məndən daha yaxşı çıxış edirsə, deməli, həqiqətən də daha yaxşıdır. Kiminsə hesabına titul qazanmaq istəmirəm. Bəli, çempion olmaq əla işdir, qısamüddətli perspektivdə xoşbəxt olardım, amma uzunmüddətli perspektivdə belə bir qələbə ilə fəxr edəcəyimi düşünmürəm. Maksı və digər rəqibləri məğlub edərək, həqiqətən də ən yaxşı olduğumu sübut edərək qalib gəlmək istəyirəm”,- Norris vurğulayıb.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı