Xəbərlər

Lebron Ceyms NBA tarixində yeni rekorda imza atıb

04 mart 2024 85

Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Los-Anceles Leykers”in oyunçusu Lebron Ceyms yeni rekorda imza atıb.

 

39 yaşlı basketbolçu peşəkar karyerasının 40 mininci (40000) xalını qazanan ilk oyunçu ünvanını ələ keçirib. O, buna “Denver Naqqets”lə görüşdə 26 xal qazanaraq nail olub.

 

Görüş “Denver Naqqets”in 124:114 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, Lebron Ceyms ötən il NBA-da ən məhsuldar basketbolçu rekorduna sahib çıxaraq Kərim Abdul-Cabbarı geridə qoyub.