Lebron Ceyms yeni rekordla NBA tarixinə düşüb
15 aprel 2024 976
ABŞ-nin “Los Anceles Leykers” klubunun lideri Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni rekorda imza atıb.
39 yaşlı basketbolçu müntəzəm mövsümün Qərb Konfransında “Nyu-Orlean Pelikans”la görüşdə 28 xal, 11 ribaund və 17 assistlə tripl-dabl edərək tarixə düşüb.
Bununla əfsanəvi basketbolçu karyerası ərzində NBA-da 40 min xal, 11 min ribaund və 11 min assistə çatan ilk oyunçu olub.
Qeyd edək ki, “Nyu-Orlean Pelikans” üzərində 124:108 hesablı qələbə qazanan “Los Anceles Leykers” Qərb Konfransında 8-ci pillədə qərarlaşıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı