Lionel Messi dünya çempionatlarında növbəti rekordlara imza atıb
07 iyul 2026 - 23:00 4664
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında Argentina millisinin kapitanı Lionel Messi növbəti rekorda imza atıb.
Misirlə 1/8 final görüşündə Kristian Romeronun qolu zamanı məhsuldar ötürmə verən 38 yaşlı hücumçu dünya çempionatları tarixində assistlərinin sayını 9-a çatdıraraq bu göstərici üzrə turnirin mütləq rekordçusu olub.
Bundan başqa, Messi dünya çempionatlarında keçirdiyi oyunların sayını 31-ə yüksəldərək mundiallar tarixində, qadın və kişi futbolçular da daxil olmaqla, ən çox oyun keçirən futbolçu adına sahib çıxıb. Əvvəlki rekord ABŞ yığmasının sabiq üzvü Kristin Lilliyə məxsus idi.
Argentinalı hücumçu, həmçinin dünya çempionatlarının pley-off mərhələsində keçirdiyi oyunların sayını 14-ə çatdıraraq Almaniya millisinin sabiq futbolçusu Miroslav Klozenin rekordunu təkrarlayıb.
Qeyd edək ki, Lionel Messi dünya çempionatlarında vurduğu 21 qolla da turnir tarixinin ən məhsuldar bombardiri hesab olunur.
Bənzər xəbərlər
Dünya çempionatına bir gümüş və bir bürünc medalla start
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.
İkinci ... Ətraflı
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
Bu gün Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının ... Ətraflı