Lionel Messi və komanda yoldaşlarının Bakıda azarkeşlərlə görüşü keçirilib
11 dekabr 2024 980
Futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakı Kristal Zalında fanatlarına unudulmaz anlar yaşadıb.
Pərəstişkarların dünya futbolunun ulduzları ilə görüşündən əvvəl səhnədə “Natiq” ritm qrupunun çıxışı olub. Daha sonra dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam konsert proqramını təqdim edib.
Dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülən Lionel Messinin karyerasını əks etdirən filmin nümayişindən sonra isə ulduz futbolçu komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Xordi Alba ilə səhnəyə çıxıb.
Ölkəmizin uşaq futbol komandalarının təmsilçilərinə bir çox gəncin arzuladığı imkan da yaradılıb. Belə ki, gənc futbolçularımız dünyanın ən yaxşısı oyunçusu Lionel Messi və komanda yoldaşlarına top ötürərək özlərini peşəkarlarla bir oyunun iştirakçıları kimi hiss ediblər. Daha sonra futbol ulduzları gənc həmkarları və sağlamlıq imkanları məhdud uşaqlarla xatirə şəkli çəkdiriblər.
Ulduz futbolçuların imzalı topları auditoriyaya dağıtması anları isə coşqu ilə qarşılanıb. Futbol həvəskarları üçün bu idman bayramı məşhur “Morandi” qrupunun çıxışı ilə davam edib. Minlərlə fanatın qatıldığı tədbirə Bakının uşaq evlərinin sakinləri, sağlamlıq imkanları məhdud uşaqlar və şəhid övladları da dəvət olunub.
Tədbirə bilet satışından əldə olunan vəsait isə xeyriyyə məqsədinə yönəldiləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı