Los-Anceles-2028: komanda yarışlarının sayı artacaq
10 aprel 2025 600
2028-ci il Olimpiya Oyunlarının yenilənmiş proqramına altı yeni qarışıq idman növü daxil ediləcək.
Proqramda mövcud qarışıq idman növləri ilə yanaşı, oxatma, bədii gimnastika, atletika (qarışıq estafet 4x100 m), avarçəkmə (qarışıq qoşa qayıq), qolf, stolüstü tennis kimi idman növləri üzrə birgə komanda yarışları da yer alacaq. Bədii gimnastika üzrə yeni qarışıq komanda üçün yarış formatı Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiqləndikdən sonra elan ediləcək.
Xatırladaq ki, 2028-ci il Olimpiya Oyunları 2028-ci il iyulun 14-dən 30-dək ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı