Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan atletika üzrə dünya çempionatı davam edir
24 avqust 2023 1158
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan atletika üzrə dünya çempionatı davam edir. Bu gün milli komandamızın üzvü Anna Skidan çəkic atma üzrə final mərhələsində iştirak edib. Annanın yekun göstəricisi 74.18 metr olub. Bu nəticə ilə tarixi uğura çox yaxın olan atletimiz dünya çempionatında 4-cü yeri tutub. Xatırladaq ki, təsnifat mərhələsində 77.10 metr nəticə ilə yadda qalan Skidan Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyərək Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı