Malik Həsənov: Paris Olimpiadasında tarix yazacağıma söz verirəm
31 may 2024 1330
“Paris Olimpiadasında tarix yazacağıma söz verirəm”.
Bu sözləri Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan boksçusu Malik Həsənov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: “Güclü rəqiblərlə qarşılaşsam da, hamısına qalib gəlməyi bacardım. Bura gəlmədən öncə söz vermişdim ki, Olimpiya Oyunlarına lisenziya qazanacağam. Bunu bacardım. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Boksçu 1/4 finalda Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən Həsənov yarımfinala yüksəlməklə yanaşı, Olimpiadaya lisenziyanı da rəsmiləşdirib.
Bu, boks üzrə Azərbaycan millisinin “Paris-2024”ə əldə etdiyi 4-cü vəsiqə olub. Malik Həsənovadək Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) də eyni nailiyyətə imza atıb.
Qeyd edək ki, Banqkokdakı yarış iyunun 2-də bitəcək. Azərbaycan boksçularından Şamil Əsgərov (57 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) da lisenziya uğrunda mübarizəni davam etdirirlər.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı