Maqdeburqda Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş boks turniri keçirilib
10 may 2025 554
Almaniyada fəaliyyət göstərən Odlar Yurdu Boks Klubunun təşkilatçılığı ilə Maqdeburq şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş boks turniri keçirilib.
Odlar Yurdu Boks Klubunun rəhbəri Azad Əzizov jurnalistlərə açıqlamasında ənənəvi olaraq Klubun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən yarışlar təşkil etdiyini bildirib. Qeyd edib ki, budəfəki turnirdə Maqdeburq və ətraf şəhərlərdən 100-dək idmançı mübarizəyə qoşulub. A.Əzizov turnirin təşkilinə göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını ifadə edib.
Musiqili proqramdan və açılış çıxışlarından sonra turnirə start verilib. Turnirin qaliblərinə üzərində Ulu Öndər Heydər Əliyevin təsviri və adı həkk edilmiş medallar təqdim olunub.
Qeyd edək ki, turnir Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad olunması, dahi şəxsiyyətin azərbaycançılıq məfkurəsinin, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərinin təbliğ edilməsi, xaricdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı