Mariya Stadnik: "Çətin olsa da, bunu bacardım"
12 may 2024 1304
"Beşinci dəfə olimpiadaya vəsiqə qazanmaqla qadın güləşində ilkə imza atdım"
Bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan qadın güləşçimiz Mariya Stadnik deyib.
50 kq çəki dərəcəsində Paris-2024-ə lisenziya qazanan dördqat Olimpiya mükafatçımız yarışın olduqca çətin keçdiyini qeyd edib.
"Hisslərim izaholunmazdır. Bu uğura gedən yol çətin olsa da, bunu bacardım. Buna görə Allaha şükür edirəm. Olimpiada ilə bağlı indi danışmaq istəmirəm. Yaşayıb, görərik", - deyə Mariya Stadnik bildirib.
Bənzər xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 17 ... Ətraflı



