Maykl Cordanın rekordu təkrarlanıb
27 fevral 2025 861
ABŞ-nin "Çikaqo" klubunun basketbolçusu Coş Qiddi Milli Basketbol Assosiasiyasında (NBA) əfsanəvi Maykl Cordan və Klem Haskinsin rekordunu təkrarlayıb.
22 yaşlı idmançı buna "Los-Anceles Klippers"ə uduzduqları (117:122) matçda nail olub.
O, bu görüşdə dabl-dablla (21 xal, 12 assist) yadda qalıb. Avstraliyalı basketbolçu ardıcıl dördüncü qarşılaşmada 20-dən çox xal toplayıb və dabl-dabl edib.
"Çikaqo" tarixində bunu daha əvvəl Maykl Cordan və Klem Haskins bacarıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı