MDB Oyunları: Azərbaycanın bir güləşçisi ilk gündə qızıl medal qazanıb
03 oktyabr 2025 - 20:58 627
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının güləş yarışlarında ilk gün başa çatıb.
Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışların birinci günündə Azərbaycan təmsilçisi Nihad Abasov (71 kiloqram) qızıl medal qazanıb.
Nəzrin Əhmədli (46 kiloqram), Hacıhüseyn Əhmədzadə (51 kiloqram), Rəşid Nəzərov (60 kiloqram) gümüş, Xədicəxanım Talıbova (53 kiloqram), Hüseyn Rzazadə (45 kiloqram) və Amin Abasov (92 kiloqram) bürünc medal əldə ediblər.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı