Media nümayəndələri güllə atıcılığı yarışında bir araya gəliblər
08 mart 2025 871
“İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə media nümayəndələri arasında güllə atıcılığı yarışı keçirilib.
Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda ümumi 46 idman jurnalisti (40 kişi, 6 qadın) mübarizə aparıb. Qadınların yarışında Fatimə Matveyeva (AZƏRTAC) birinci olub. Tünzalə Rəhmanova (CBC Sport TV) ikinci, Göyçək Mahmudlu (AZƏRTAC) isə üçüncü pillədə qərarlaşıblar. Kişilərin yarışında Gəray Qiyasov (Real TV) birinci yerə layiq görülüb. Sakit Tağıyev (ARB24 TV) və Anar Həsənov (Oxu.az) müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar.
Sonda qaliblər mükafatlandırılıb. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov təqdim ediblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı