Məşqçi Olimpiya kəndində qəflətən dünyasını dəyişib
28 iyul 2024 932
Samoalı boks üzrə məşqçi Lionel Elika Paris-2024 Yay Olimpiya Oyunları zaman zamanı dünyasını dəyişib. Yayılan məlumata görə 60 yaşlı mütəxəssis Olimpiya kəndində qəflətən dünyasını dəyişib.
“Beynəlxalq Boks Federasiyası Oyunlar zamanı dünyasını dəyişən Lionelin ailəsinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir. Lionelin idmana olan fədakarlığı və həvəsi boks ictimaiyyətində silinməz iz qoyub. Onun irsi gələcək nəsilləri ruhlandırmaqda davam edəcəkdir. Düşüncələrimiz və dualarımız Samoa komandası birlikdədir”, - deyə ali qurum bəyanat yayıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı