Milan-Kortina-2026: Azərbaycan nümayəndə heyəti paraddan keçib
06 fevral 2026 - 23:56 305
İtaliyada təşkil olunan Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi davam edir.
Olympic.az saytı məlumat verir ki, Milandakı məşhur “San Siro” stadionunda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı olub.
Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasimdə Dövlət bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.
Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, ev sahibi ölkənin komandası isə sonuncu keçib.
Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev də izləyir.
Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də Veronanın məşhur amfiteatrında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı




