Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
06 fevral 2026 - 23:00 642
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.
Milandakı məşhur “San Siro” stadionunda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan 11-ci sırada keçəcək. Üçrəngli bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq.
Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev də izləyir.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir.
İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda yarışacaq.
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı











