Xəbərlər

Milli komandalarımızın təlim-məşq toplanışı davam edir 

09 iyul 2023 283

Basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 millilərimiz 5 iyul tarixindən etibarən Astara Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər. Baş məşqçi Tahir Baxşıyev ilə birgə onun köməkçiləri Polad Həsənov və Anar Hacıyevin rəhbərlik etdiyi yığmalarımız, qarşıdan gələn Avropa çempionatı öncəsi, gündə iki dəfə olmaqla mütəmadi şəkildə məşqlərini davam etdirirlər. Qeyd edək ki, Astarada keçirilən hazırlıq prosesi 12 iyul tarixinə qədər davam edəcek