Milli komandamız “Elorda Cup”a yollanıb
14 may 2024 1021
Boks üzrə Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada beynəlxalq turnirdə mübarizə aparacaq. Bu gün start götürəcək “Elorda Cup”da yığmamızın 6 idmançısı gücünü yoxlayacaq.
Məşqçilər korpusu yarışda Nicat Hüseynov (54 kq), Kamil Babayev (57 kq), Ramazan Abdullayev (63,5 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) sınayacaq.
“Elorda Cup”da İlqar Qasımzadə isə hakimlər sırasında yer alacaq.
Qeyd edək ki, turnirə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan yığmaları qatılıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı