Milli Mətbuat Günü münasibətilə media nümayəndələri arasında şahmat turniri keçiriləcək
08 iyul 2025 - 16:34 594
22 iyul – Milli Mətbuat Günü münasibətilə Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı əsasında media nümayəndələri arasında şahmat turniri keçiriləcək.
AŞF-dən verilən məlumata görə, yarış iyulun 13-də Respublika Şahmat Mərkəzində təşkil olunacaq. Turnir A və B qrupundan ibarət olacaq.
Qalib və mükafatçılar 7 turdan sonra müəyyənləşəcək. Hər oyuna 5 dəqiqə vaxt veriləcək, hər gedişə 5 saniyə əlavə olunacaq. Hər qrup üzrə ilk üç yeri tutacaq iştirakçılara pul mükafatı və qiymətli hədiyyələr veriləcək. Yalnız birinci yerin sahibləri diplomla təltif olunacaq.
Qeyd edək ki, AŞF hər il ənənəvi olaraq jurnalistlər arasında şahmat yarışları təşkil edir. Budəfəki turnir sayca yeddinci olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı