Milli Olimpiya Komitəsi medal qazanan idmançıları mükafatlandırdı
26 iyul 2025 - 00:06 513
XVIII Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, Skopye-2025-də bu günə qədər Azərbaycan idmançıları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medal qazanıblar. Sabah yarışlarda digər idmançılarımız da qüvvələrini sınayacaqlar. Ənənəvi olaraq Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılara Milli Olimpiya Komitəsi tərəfindən yarışlar zamanı pul mükafatı təqdim olunur. Bu ənənə Skopye-2025 Olimpiya Festivalında da davam etdirilir. Bu gün gümüş medal qazanan atıcılarımız Oleq Kerjankin və Leyli Əliyeva, həmçinin cüdoçularımız Məhəmməd Ağakişiyev (-73 kq) və Sübhan Axundov (+90 kq) da Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən mükafatlandırılıb. Bununla bağlı idmançıların Skopyedə məskunlaşdığı hoteldə tədbir keçirilib.
Tədbirdə idmançılar, uğur qazanan atletlər və məşqçilərə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyevin təbrikləri çatdırılıb. Azərbaycan komandasının missiya rəhbəri Vaqif Əliyev idmançıları təbrik edərək onların qayğıları ilə maraqlanıb və yarışın son günündə iştirak edəcək idmançılara uğurlar arzulayıb.
Mükafatları idmançılara MOK-un əməkdaşları Nazir Rəhimov, Ruslan Məmmədov və Elxan Səmədzadə təqdim edib.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı



