Milli Olimpiya Komitəsində qadın idman veteranları üçün bayram tədbiri keçirilib
07 mart 2026 - 20:40 358
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında qadın idman veteranları üçün təntənəli görüş təşkil olunub.
Tədbiri giriş sözü ilə açan İdman Veteranları İctimai Birliyinin baş katibi Emin Məmmədov, tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə və göstərilən diqqətə görə həm Milli Olimpiya Komitəsinin rəhbərliyinə, həm də Gənclər və İdman Nazirliyinə dərin minnətdarlığını bildirərək görüşü açıq elan edib.
Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İdman Veteranları İctimai Birliyinin prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova çıxış edərək xanım veteranları bayram münasibətilə səmimi qəlbdən təbrik edib, onlara cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən Birliyin fəxri üzvü, polis polkovniki Fərhad Eyubov və Birliyin vitse-prezidenti Elşad Nərimanov da öz növbəsində qadın idmançıların Azərbaycan idmanının şanlı tarixindəki əvəzsiz xidmətlərini və dövlətin onlara göstərdiyi qayğını xüsusi vurğulayaraq öz xoş arzularını çatdırıblar.
Sonda xanım veteranlara İctimai Birlik tərəfindən bayram hədiyyələri və güllər təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı









