Xəbərlər

Milli Olimpiya Komitəsinin idman yekunlarına həsr olunmuş “Olimpiya gecəsi” keçiriləcək

04 dekabr 2023 273

Dekabrın 6-da Bakıdakı “Ritz-Carlton” hotelində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) idman yekunlarına həsr olunmuş təntənəli “Olimpiya gecəsi” mərasimi keçiriləcək.

 

İdman rəsmilərinin və idman ictimaiyyətinin iştirakı ilə keçirilən qala gecəsində müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olacaq.

 

Təntənəli qala gecəsi möhtəşəm konsert proqramı ilə davam edəcəkdir.