Millimiz ilk dəfə Avropa üçüncüsü oldu
24 may 2024 1045
Bakıda keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.
Millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixinin ən yüksək nəticəsinə imza atıb.
Belə ki, 1 dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanan yığmamız 76 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionatında 3-cü yeri tutub. Ukrayna (168) birinci, Türkiyə (118) isə ikinci olub.
Xatırladaq ki, komandamızın tərkibində Jalə Əliyeva (57 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı