Millimizin heyətində dəyişiklik edilib
16 mart 2025 815
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik edilib.
AFFA-nın mətbuat xidmətinə istinadən verilən məlumata görə, “Sabah”ın yarımmüdafiəçisi İbrahim Xəlilov zədələndiyi üçün onun yerinə “Qarabağ”ın üzvü Kənan İsmayılov milliyə dəvət olunub.
Qeyd edək ki, U-17 martın 17-dən 19-dək Bakıda, 20-dən 27-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək. Komanda martın 23-də və 26-da Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə iki yoxlama görüşü keçirəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı