"Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib
18 oktyabr 2024 982
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib.
Mərasimdə sonuncu yarış gününün qaliblərinə mükafatlar təqdim edilib.
Qaliblərə medalları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) vitse-prezidenti Fərid Əmirov, AKAF-ın baş katibi Fərhad Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, "Kür" Olimpiya Tədris İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev, Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova təqdim edib.
Qeyd edək ki, beynəlxalq reqatada 12 ölkədən 100-dək idmançı mübarizə aparıb.
Yarışın yekun nəticələrinə əsasən Azərbaycan komandası beynəlxalq reqatanı 24 (6 qızıl, 9 gümüş, 9 bürünc) medalla başa vurub.
Komandamız bu nəticə ilə həm akademik avarçəkmə, həm də kayak kanoe növündə birinci yeri tutaraq kuboka sahib olub.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı












