"Mingəçevir Reqatası-2026": İdmançımız qızıl medal qazanıb
30 sentyabr 2026 - 16:06 17
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanın daha bir idmançısı qızıl medal qazanıb.
Akademik avarçəkmədə 1500 metr məsafəyə yarışda Azər İlyasov (2008-2009) birinci olub.
Bu gün həmçinin 500 metr məsafəyə 2 nəfərlik kayak yarışlarında (2008-2009) Tengiz Qaqnidze - Qiyas Əhmədov cütlüyü (1:54.51) 1-ci yeri tutub. Nuran Rəhimli - Elvin Əliyev (2:03.43) tandemi 3-cü pillədə qərarlaşıb.
1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) isə Hüseyn Səmədli (4:43.54) bürünc medal qazanıb.
Ötən gün isə Füzulidəki Köndələnçay su anbarında keçirilən ilk mərhələdə Azərbaycan idmançıları 4 medal qazanıblar. 200 metr məsafəyə 1 nəfərlik kayak və kanoe yarışlarında Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutublar.
Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
Bənzər xəbərlər
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman ... Ətraflı
"Mingəçevir Reqatası-2026": Azərbaycan təmsilçiləri daha üç medal qazanıblar
Azərbaycan təmsilçiləri "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci günündə daha 3 ... Ətraflı