"Mingəçevir Reqatası-2026": İlk gündə Azərbaycan idmançıları 4 medal qazanıblar
29 sentyabr 2026 - 14:46 24
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin Füzulidə təşkil olunan ilk günündə Azərbaycan idmançıları 4 medal qazanıblar.
Köndələnçay su anbarında təşkil olaunan ilk mərhələdə 1 nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar təşkil olunub.
2008/2009 təvəllüdlülərin 1 nəfərlik kanoe yarışında Azərbaycan təmsilçisi Hüseyn Səmədli 51.48 nəticə ilə üçüncü yeri tutub.
2008/2009 təvəllüdlülərin 1 nəfərlik kayak yarışında Əlimurad Hacızadə (45.29) çempion olub. Azərbaycanın digər təmsilçisi Nuran Rəhimli (47.92) isə ikinci pillədə qərarlaşıb.
2010/2011 təvəllüdlü idmançıların 1 nəfərlik kayak yarışında Elmir Tarverdiyev (44.67) bürünc medal qazanıb.
Bənzər xəbərlər
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunda iştirak edəcək idmançı sayı ... Ətraflı
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni ... Ətraflı