Mingəçevirdə avarçəkmə üzrə Federasiya Kuboku keçiriləcək
29 yanvar 2026 - 18:59 474
Yanvarın 31-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə konsept trenajorda Federasiya Kuboku turniri baş tutacaq.
Bu barədə AKAF-dan məlumat verilib.
Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçeviri təmsil edən 30-dan çox idmançı qüvvəsini sınayacaq.
Qeyd edək ki, konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğularında keçirilir. Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı