Xəbərlər

Mingəçevirdə triatlon üzrə Azərbaycan çempionatı təşkil olunacaq

28 avqust 2023 256

Mingəçevirdə triatlon üzrə Azərbaycan çempionatı keçiriləcək.

 Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə baş tutacaq yarış sentyabrın 3-də təşkil olunacaq.

Çempionat 10-13 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 14-17 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 18 yaşdan yuxarı (Gənc/U23/Elit - üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) və komandalar (estafet - üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) arasında keçiriləcək.

Yarışa qatılmaq istəyənlər avqustun 31-dək qeydiyyatdan keçməlidirlər.