MOK atletika üzrə interaktiv tədbir keçirib
24 oktyabr 2025 - 17:44 741
Oktyabrın 24-də Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü və məğrur tərəfdaşı “Go Sport” şirkətinin dəstəyi ilə interaktiv tədbir keçirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, idmansevərlərin böyük marağına səbəb olan tədbir atletika idman növünün təbliği və gənclər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil olunub.
Tədbirdə Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev, MOK-un marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, Azərbaycan Atletika Federasiyasının tullanmalar üzrə böyük məşqçisi Ziyad Xəlfəyev, "Go Sport"un təlim meneceri İqram Hacımuradov, Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Nazim Babayev, MOK-un OCEP layihəsinin koordinatoru Namiq Cəfərov, gənc idmançılar - Nihat Tağıyev, Əmir İsmayılov, Səlma Ağabəyova, Sofiya İsrafilova və MOK-un əməkdaşları iştirak ediblər.
Onlar gənclərlə görüşərək öz təcrübələrini bölüşüb, ustad dərsləri keçib və peşəkar məsləhətlərini veriblər.
Tədbir zamanı atletikanın əsas prinsipləri, qaçışda düzgün isinmə, doğru geyim seçimi və bərpa texnikaları barədə faydalı məlumatlar verilib.
Tədbirdə həmçinin, atletika mövzusunda viktorina təşkil olunub. Viktorinada fəallığı ilə seçilən iştirakçılar dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı






