MOK-da Bakuriani-2025-ə yollanacaq idmançımızla görüş keçirilib
05 fevral 2025 896
Fevralın 9-dan 16-dək Gürcüstanın Bakuriani şəhərində XVII Avropa Gənclər Qış Olimpiya Festivalı keçiriləcək. 42 ölkədən 1000-ə yaxın idmançının iştirak edəcəyi yarışda ölkəmizi fiqurlu konkisürmə idman növündə Leyli Axundova təmsil edəcək.
Bununla bağlı fevralın 5-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakuriani-2025 XVII Avropa Gənclər Qış Olimpiya Festivalında iştirak edəcək fiqurlu konkisürənimizlə görüş keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev, marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova və idmançımızın məşqçisi Silve Axundova iştirak edib.
Görüşdə çıxış edən Bakuriani-2025-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Bağırov festival zamanı Olimpiya kəndi, yarışların təqvimi, tibbi xidmət, nəqliyyat və başqa texniki məsələlər haqda idmançımıza məlumat verib.
Daha sonra MOK-un əməkdaşı Vaqif Əliyev “Təhlükəsiz idman” mövzusunda idmançımızı bu məsələ ilə bağlı zəruri məlumatlarla təlimatlandırıb.
Tədbirdə həmçinin festivalda iştirak edəcək idmançımızın və onun məşqçisinin yarışla bağlı sualları cavablandırılıb.
Sonda idmançımıza festivalda uğurlar arzulanıb və bildirilib ki, bu yarış onun üçün karyerasında böyük addım olacaq.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı



