MOK-da Dakar-2026-ya hazırlıqla bağlı görüş olub
06 may 2026 - 13:48 368
Mayın 6-da Milli Olimpiya Komitəsinin inzibati binasında Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı federasiya nümayəndələri ilə görüş olub.
Tədbirdə MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov və federasiya təmsilçiləri iştirak ediblər.
Görüşdə Oyunlara hazırlıq prosesi, idman növləri üzrə kvotalar, açılış və bağlanış mərasimləri, Atletlər Kəndi, infrastruktur, nəqliyyat, sağlamlıq, qidalanma, akkreditasiya, mövcud problemlər və digər təşkilati məsələlər müzakirə olunub.
Tədbirdə, həmçinin federasiya nümayəndələrinin Oyunlara hazırlıqla bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Yeniyetmələrin IV Yay Olimpiya Oyunları oktyabrın 31-dən noyabrın 13-dək Seneqalın paytaxtı Dakar şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı




