MOK-da III Təhlükəsiz İdman Forumu keçiriləcək
15 oktyabr 2025 - 17:11 804
MOK-un mətbuat xidməti xəbər verir ki, oktyabrın 17-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında III Təhlükəsiz İdman Forumu keçiriləcək.
Forumda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz idman bölməsinin direktoru Kirsti Burovsun video çıxışı olacaq.
Tədbirdə Təhlükəsiz İdman üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov, BOK-un Təhlükəsiz İdman İşçi Qrupunun MOKA nümayəndəsi Maya Pekoviç, MOK-un idman şöbəsinin baş məsləhətçisi, təhlükəsiz idman üzrə beynəlxalq inspektor Vaqif Əliyev, təhlükəsiz idman üzrə məsləhətçi Ayan Xankişiyeva, Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Ayxan Xəkilinin proqram çərçivəsində geniş təqdimatları olacaq.
Forumda həmçinin, 2023-2025-ci illərdə Təhlükəsiz İdman sahəsində həyata keçirilmiş fəaliyyətlərin video təqdimatı da olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı