Xəbərlər

MOK-da sosial media platformasının inkişafı üzrə görüş olub

03 noyabr 2023 386

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) sosial media xidmətinə dair yeni strategiyası və fəaliyyət planı  barəsində görüş keçirilib.


MOK-un inzibati binasında keçirilən görüşdə qurumun beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov qeyd olunan mövzu haqqında məlumat verib. Daha sonra DMS Azerbaijan (Digital Marketing Solutions) şirkətinin icraçı direktoru Tahir Tahirli MOK-un gələcəkdə sosial media xidmətinin inkişafı, planları və strategiyaları barədə hazırladığı təqdimatla çıxış edib. Cari məsələlərin müzakirəsindən sonra iştirakçıların sualları cavablandırılıb.


Görüşdə MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, mətbuat katibi Murad Fərzəliyev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, maliyyə direktoru Svetlana Abdullayeva, ümumi şöbənin müdiri Cəmaləddin Rəhmanov, marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva və digər əməkdaşlar iştirak ediblər.


İki ilə yaxındır ki, fəaliyyət göstərən DMS Azerbaijan (Digital Marketing Solutions) şirkəti sosial media xidməti, veb səhifələrin yaradılması və idarə olunması sahəsində ixtisaslaşıb. DMS şirkəti bu müddət ərzində Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq çərçivəsində Krakov 2023 Avropa Oyunları və Maribor 2022 AGOF kimi bir çox idman tədbirlərinin sosial media işlərini təşkil edib.