MOK-da Təhlükəsiz İdman Komissiyası yaradılıb
11 mart 2026 - 19:51 142
Azərbaycan Milli Olimpiya Komitəsi idman mühitində iştirak edən bütün şəxslərin, xüsusilə idmançıların hüquq və rifahının qorunması istiqamətində ardıcıl addımlar atır. Bu strategiyanın davamı olaraq, təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.
Komissiya idman mühitində etik dəyərlərin, dürüstlüyün və ədalətli qərarların möhkəmləndirilməsinə töhfə verəcək, qəbul edilən siyasətlərin beynəlxalq standartlara uyğunluğunu qiymətləndirəcək və strateji tövsiyələr təqdim edəcəkdir.
Komissiyanın tərkibi müxtəlif sahələrdə təcrübəyə malik şəxslərdən formalaşıb:
Azər Əliyev – Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Təhlükəsiz İdman Komissiyanın sədri
Təhminə Tağı-zadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru
Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri
Fəridə Əzizova – Atletlər Komissiyasının sədri
Elgün Səfərov – Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri
Bu yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Bənzər xəbərlər
Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb
Baş nazir Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe ... Ətraflı
Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında gümüş medal qazanıb
Azərbaycanın sərbəst güləşçisi Ceyhun Allahverdiyev (61 kq) Serbiyanın Zrenyanin şəhərində ... Ətraflı

