MOK-da Təhlükəsiz idman mövzusunda görüş olub
24 oktyabr 2024 1115
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz idman bölməsinin məsləhətçisi xanım Tiene Vertommen ölkəmizdə səfərdədir.
Belçikalı mütəxəssis səfərin ikinci günündə UNICEF nümayəndələri arasında təşkil olunan görüşdə iştirak edib.
Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən görüşdə Tiene Vertommenlə yanaşı, UNICEF-in uşaq müdafiəsi mütəxəssisi Vüqar Salmanov, yeniyetmə inkişaf üzrə mütəxəssisi Nigar Nəsrullayeva, MOK-un idman idarəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə Beynəlxalq Olimpiya Komitəsinin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev, beynəlxalq proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmənov, Beynəlxalq Olimpiya proqramları idarəsinin aparıcı məsləhətçi Lalə Hüseynova, "Təhlükəsiz idman" üzrə işçi heyətinin üzvü Ayan Xankişiyeva iştirak edib.
Görüş zamanı uşaqların, yeniyetmələrin, gənclərin idmanda təhlükəsizliyi haqqında danışılıb, fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu sahənin təbliğatı istiqamətində paytaxta və regionlarda bir sıra maarifləndirici tədbirlər təşkil olunub. Tiene Vertommen Bakıda səfərdə olduğu müddətdə keçirdiyi görüşlər barədə danışıb, öz təcrübəsini bölüşüb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı
.jpeg)
.jpeg)
