MOK rəhbərliyi İslam Həmrəyliyi İdman Assosiasiyasının 13-cü Baş Assambleyasında iştirak edib
18 dekabr 2024 1183
Dekabrın 17-18-də Albaniyanın paytaxtı Tirana şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) 13-cü Baş Assambleyası keçirilib.
İclasda Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri Könül Nurullayeva və MOK-un xarici əlaqələr departamentinin direktoru Anar Bağırov təmsil edib.
Əvvəlcə İSSA-nın 41-ci İcraiyyə Şurasının iclası keçirilib. Ardınca İSSF-nin Baş Assambleyasının iclası öz işinə başlayıb.
İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər, qarşıdan gələn oyunlar üzrə planlar və strategiyalar haqqında müzakirələr aparılıb.
Daha sonra 2025-ci ildə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının tarixi və idman proqramı iştirakçılara təqdim olunub.
VI İslam Həmrəyliyi Oyunları 2025-ci il noyabr ayının 7-dən 21-dək 13 Olimpiya, 4 qeyri-Olimpiya, 3 Paralimpiya ve 1 milli idman növləri üzrə keçiriləcək.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı


