MOK triatlon üzrə interaktiv tədbir keçirdi
05 fevral 2026 - 17:16 161
Fevralın 5-də Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü və məğrur tərəfdaşı “Go Sport” şirkətinin dəstəyi ilə triatlon idman növünə həsr interaktiv tədbir keçirilib.
Gənclik Mall ticarət mərkəzində yerləşən “Go Sport” mağazasında keçirilən tədbir gənc iştirakçıların böyük marağına səbəb olub.
Tədbirdə MOK-un marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, triatlon üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Balaheydər Kərimov, “Go Sport”un təlim meneceri İqram Hacımuradov, MOK-un OCEP layihəsinin koordinatoru Namiq Cəfərov, triatlon üzrə dəfələrlə ölkə çempionu və beynəlxalq turnirlərin qalibi Toğrul Məmmədli, Azərbaycan çempionu və Özbəkistan çempionatının mükafatçısı Minayə Xəlilova, eləcə də gənclərdən ibarət milli komandanın üzvləri iştirak ediblər.
Tədbir zamanı idmançılar və mütəxəssislər gənclərlə şəxsi təcrübələrini bölüşüb, ustad dərsləri keçiblər. Triatlonun əsas prinsipləri, düzgün isinmə, uyğun idman geyiminin seçimi və bərpa texnikaları barədə ətraflı məlumat verilib.
İnteraktiv tədbirdə maraqlı viktorina və oyunlar təşkil olunub, aktiv iştirak edən gənclər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı







