MOK-un Atletlər Komissiyasının cari ildə ilk iclası keçirilib
18 mart 2026 - 14:16 441
Martın 18-də Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un Atletlər Komissiyasının 2026-cı il üzrə ilk iclası keçirilib.
İclasın gündəliyində duran əsas məsələlər ötən dövr ərzində həyata keçirilmiş layihələrin hesabatı və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Görüşdə həmçinin komissiya üzvləri öz təkliflərini irəli sürüblər.
Atletlər Komissiyasının əsas məqsədi idmançıların maraqlarını qorumaq, onların hüquqlarını müdafiə etmək və idmançılarla Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynamaqdır.
Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rasul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərirlər.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

