MOK-un Atletlər Komissiyasının yeni tərkibi müəyyənləşib
18 mart 2025 1647
Martın 18-də Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un Atletlər Komissiyasının iclası keçirilib. İclası giriş sözü ilə açan MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Atletlər Komissiyasının fəaliyyəti haqqında məlumat verib.
İclasda komissiyanın yeni tərkibi müəyyənləşib. 2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Təranə Abbasova (ağırlıqqaldırma), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri seçilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı






