Xəbərlər

MOK-un baş katibi Azər Əliyev EYOF Komissiyasının iclasında iştirak edib

08 noyabr 2023 310

Noyabrn 8-də Belçikanın paytaxtı Brüsseldə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) komissiyasının iclası keçirilib. Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, EYOF komissiyasının üzvü Azər Əliyev də iştirak edib. 

 

Əvvəlcə festivalın təşkilatçıları tərəfindən tədbir iştirakçılarına Friuli Venesiya Juliua-2023 Qış və Maribor-2023 Yay Olimpiya festivallarının hesabatları təqdim olunub. Sonra Bakuriani Borjomi-2025 Qış və Skopye-2025 Yay Olimpiya festivallarına gedişatı ilə bağlı ətraflı müzakirələr aparılıb, festival çərçivəsində yarışların keçiriləcəyi idman qurğuları, idmançıların qalacaqları bina və obyektlərlə tanışlıq olub. 

 

Əlavə olaraq görüşdə EYOF-un gələcək plan və strategiyalar, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar haqqında müzakirələr aparılıb.  

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti