MOK-un Beynəlxalq Proqramlar İdarəsinə yeni müdir təyin edilib
22 dekabr 2025 - 19:19 660
Ceyhun Rəhmanov Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin müdiri təyin edilib.
O, 2016-cı ildən MOK-da fəaliyyət başlayıb. Olimpiya Həmrəyliyi çərçivəsində beynəlxalq proqramların planlaşdırılması və icrasında fəal iştirak edib, milli idman federasiyaları, beynəlxalq idman təşkilatları və digər tərəfdaşlarla birgə işgüzar fəaliyyət göstərib.
Ceyhun Rəhmanov Azərbaycan nümayəndə heyətinin tərkibində Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalları (EYOF) və İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş, komanda idarəçiliyi və beynəlxalq koordinasiya sahəsində fəaliyyət göstərmişdir.
O, ali təhsilini Almaniyanın Köln şəhərində yerləşən İdman Universitetində davam etdirərək Olimpiya Tədqiqatları üzrə magistr dərəcəsi almışdır. Bundan əlavə, İsveçrənin Lozanna şəhərində təhsil alaraq idman inzibatçılığı üzrə beynəlxalq idman direktoru sertifikatını da əldə etmişdir.
Ceyhun Rəhmanov 2025-ci ilin aprel ayından etibarən Azərbaycan Cüdo Federasiyasında proqramlar üzrə menecer vəzifəsində çalışmış, idman, təhsil və inkişaf layihələrinin icrasında fəal iştirak etmişdir.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı