MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23 iyun 2026 - 16:11 25
Milli Olimpiya Komitəsinin nümayəndəsi Ayan Xankişiyeva Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə iyunun 6-18-də Yunanıstanın qədim Olimpiya şəhərində keçirilən Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib.
95 ölkədən gənc nümayəndələri bir araya gətirən sessiya Olimpiya dəyərlərinin təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olub.
Sessiyanın əsas mövzusu “Hər bir idmançı üçün inklüzivliyin, dürüstlüyün və məsuliyyətin gücləndirilməsi” olub.
12 gün davam edən proqram çərçivəsində Azərbaycan təmsilçisi Olimpiya Hərəkatının müasir çağırışları, idmanda bərabərlik, etika və şəffaflıq mövzularına həsr olunmuş genişmiqyaslı mühazirə və seminarlarda fəal iştirak edib.
Sessiyanın yekununda Ayan Xankişiyeva proqramı uğurla başa vurduğuna görə xüsusi diplomla təltif olunub və rəsmi olaraq “Gənc Olimpiya Səfiri” statusuna layiq görülüb.
Qeyd edək ki, bu növ beynəlxalq platformalar gənc mütəxəssislərin olimpiya dəyərlərini mənimsəməsi və beynəlxalq təcrübə qazanaraq bunu yerli səviyyədə tətbiq etməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bənzər xəbərlər
Usta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
Belçikanın Varegem şəhərində ustalar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilir. ... Ətraflı
23 iyun - Beynəlxalq Olimpiya Günüdür
1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında ... Ətraflı


