MOK-un əməkdaşı “Təhlükəsiz İdman İnspektoru” sertifikatına layiq görülüb
18 noyabr 2024 1066
Oktyabrın 28-də İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşkilatçılığı ilə idmanda qidalanma, idman tibb, idmanda fiziki müalicələr, elit idmanda psixi sağlamlıq, idmanda dərmanlar və təhlükəsiz idman inspektoru nominasiyaları üzrə təltifetmə mərasimi keçirilib.
Tədbirdə 84 ölkənin Milli Olimpiya Komitələrinin, idman federasiyalarının, idman tibbi sahəsinin nümayəndələri iştirak edib.
Mərasimdə iştirak edən Milli Olimpiya Komitəsinin baş məsləhətçisi, Əməkdar idman xadimi Vaqif Əliyev “Təhlükəsiz İdman İnspektoru” nominasiyasında “Təhlükəsiz İdman İnspektoru” sertifikatına layiq görülüb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı

